Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ağsaqqallar Şurasının rayon təşkilatının hesabat seçki konfransı.

02 aprel 2021 | 16:00

02 aprel 2021-ci il tarixdə Ağsaqqallar Şurasının Qusar rayon təşkilatının hesabat seçki konfransı keçirilmişdir. Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin abəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələrini düzmüş, Mərkəzinin fəaliyyəti və binada yaradılmış şərait ilə tanış olmuşlar. Daha sonra Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın elan etdiyi xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq YAP Qusar rayon təşkilatının akt zalında konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə RİH başçısının müavini Elman Mustafayev açmış, qonaqları salamlamış və konfransın işinə uğurlar arzu etmişdir. Konfransda Vətən Müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqidəlik sükutla yad edilmişdir. Çıxış edən Respublika Ağsaqqallar Şurasının sədrinin müavini Tahir Süleymanov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan danışmışdır. Konfransın gündəliyini elan edərək təşkilatı məsələlərə baxılmış, Ağsaqqallar Şurasının idarə heyyətinin yeni tərkibi və sədri seçilmiş, şuranın qarşıda duran məsələr müzakirə edilmişdir.

 

Keçidlər