28 mart - Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı günüdür
28 mart 2026 | 11:51
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.
Martın 28-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı və Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar rayon şöbəsinin rəisi, polkovnik Heydər Abıyev, rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizlik Xidmətinin Qusar rayon şöbəsinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Dövlətimizin təhlükəsizliyinin təmin olunmasında, milli maraqların qorunmasında və ictimai sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara məsul və şərəfli xidmətlərində uğurlar arzulayırıq.






