Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

28 May – “Tariximizdən güc alan Müstəqillik” mövzusunda tədbir keçirilib

27 may 2025 | 18:40
 
27 may 2025-ci il tarixdə Qusar Rayon Mərkəzi Xəstəxanasında 28 May - Müstəqillik Günü münasibətilə "Tariximizdən güc alan Müstəqillik" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasının foyesində şəhidlərimizin şəkillərinin əks olunduğu xatirə lövhəsinin önünə gül dəstələri düzərək, ruhlarına ehtiramlarını ifadə ediblər. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən natiqlər bu əlamətdar günün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək bildiriblər ki, 1918-ci ilin 28 may tarixində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb. Həmin dövrdə milli dövlətçiliyin əsasları qoyulmuş, insan hüquq və azadlıqları, seçki hüququ, qadınlara səsvermə imkanı kimi bir çox mütərəqqi prinsiplər təsbit olunmuşdur. Bu gün isə Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil dövlət kimi güclənməkdə, dünya miqyasında nüfuzunu artırmaqdadır. Qeyd edilib ki, Azərbaycanın bugünkü inkişafı və əldə etdiyi uğurlar məhz müstəqil dövlətçilik ideyasına bağlılıq nəticəsində mümkün olub.
Tədbirin sonunda 28 May-Müstəqillik Gününə həsr olunmuş film nümayiş etdirilib. Film vasitəsilə tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu və müstəqilliyimizin bərpası dövründə baş verən tarixi hadisələr haqqında ətraflı məlumat əldə ediblər.
Keçidlər