Qusar rayonu ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qusar rayonunda zəruri tədbirlərin görülməsi davam etdirilir. Belə ki, 40 yaşdan yuxarı vətəndaşların peyvənd olunması ilə yanaşı, rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayon İcra Hakimiyyəti yanında aidiyyəti yerli dövlət qurumlarının rəhbərlərindən ibarət yaradılmış qərargah tərəfindən virusun yayılmasının qarşısını almağa kömək edəcək tədbirlərin davam etdirilməsi nəzarətdə saxlanılır. Rayonda mövcud uşaq bağçalarında, məktəblərdə, idarə və təşkilatlara məxsus inzibati binalarda, sanitar-dezinfeksiya işləri görülmüş və bu tədbirlər davam etdirilir. Şəhərin küçələri vaxtaşırı dezinfeksiyaedici məhlulla yuyulur. 13.04.2021-ci il tarixində növbəti dəfə şəhərin mərkəzi küçələrinin, əhalinin daha çox gediş-gəlişi olan bazar və avtovağzal ərazilərinin və digər yerlərin xüsusi məhlulla yuyulması və digər tədbirlər həyata keçirilmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahının tövsiyələrinə uyğun olaraq vətəndaşların maarifləndirilməsi aidiyyəti qurumlar və rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyələr vasitəsilə həyata keçirilir.