Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda daha bir yolun yenidən qurulmasına başlanılıb

14 aprel 2021 | 16:00

Rayonun Avaran və Xürəl kənd sakinləri uzun illər idi ki, bu kəndləri rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun əsaslı təmir edilməsi ilə bağlı rayon İcra Hakimiyyətinə və yuxarı dövlət qurumlarına kollektiv müraciətlər edir, qəbullarda ən çox yol probleminin həlli ilə bağlı məsələ qaldırılırdı. Avaran kəndində 1582 nəfər, Xürəl kəndində 1236 nəfər əhali yaşayır. 2800 nəfərdən çox əhalinin yaşadığı bu iki kəndi Qusar şəhəri ilə birləşdirən 8,5 km-lik avtomobil yolunun əsaslı təmiri və yenidənqurması işlərinə artıq başlanılıb. Hazırda mövcud yolun genişləndirilməsi və yol əsasının bərkidilməsi işləri görülür. Yol əsasının tikintisi başa çatdıqdan sonra yola asfalt örtüyünün çəkilməsinə başlanılacaqdır.
Yolda aparılan işlərlə tanış olmaq və sakinlərin qaldırdığı problemləri öyrənmək məqsədilə  rayon İcra Hakimiyyətinin məsul əməkdaşları bir qrup kənd sakini ilə görüşmüş, onların qaldırdıqları məsələlər dinlənilmiş və vətəndaşlara müvafiq izahatlar verilmişdir.
Görüşdə vətəndaşlar hər 2 kəndin qazlaşdırılması ilə bağlı da məsələ qaldırmışdır. Uzun illər bir problem olaraq qalan bu məsələnin da həlli ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığı və yaxın gələcəkdə hər 2 kəndə təbii qaz xətlərinin çəkilməsinə başlanılacağı bildirilmişdir.
Görüşdə həmçinin COVİD-19 infeksiyasına qarşı vətəndaşların peyvənd olunmasının vacibliyi vətəndaşlara izah olunmuş, 40 yaşından yuxarı sakinlərin peyvənd vurulması üçün müraciət olunması tövsiyə edilmişdir.
Kənd sakinləri uzun illər qarşılaşdığı yol probleminin həlli üçün görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişdir.

Keçidlər