Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

15 aprel 2021 | 16:00

14 aprel 2021-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri və karantin qaydalarına riayət olunmasına nəzarət  tədbirləri davam etdirilmişdir. Mobil qruplar tərəfindən  karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox toplaşdığı obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Reydlər zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha izah edilmişdir.
Son 3 gün ərzində ümumilikdə 241 ticarət, ictimai iaşə və  digər obyektlərə baxış keçirilmiş, 8 nəfər karantin qaydalarını pozan şəxs 800 manat məbləğində cərimə edilmiş, toy və yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 15 ticarət və digər xidmət obyektində, 13 uşaq bağçasında, 20 məktəbdə, 6 çoxmənzilli yaşayış binasının pilləkən qəfəslərində və həyətlərində dezinfeksiya işləri görülmüşdür.
Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.

Keçidlər