Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Beynəlxalq Ailə Gününə həsr olunmuş elmi-praktik konfrans.

05 may 2021 | 16:00

Bu gün Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 May Beynəlxalq Ailə Gününə həsr olunmuş “Sağlam ailə - möhkəm cəmiyyətin təməlidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans öncəsi iştirakçılar "Qadınlar və çiçəklər" mövzusunda rayon qadınlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuş və onlara “Ailəmiz ən dəyərli xəzinəmizdir” adlı qısa videoçarx nümayiş etdirilmişdir. Elmi-praktik konfrans işinə Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlamışdır.Giriş sözü ilə Qusar rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rimma Şeydayeva konfransı açaraq Beynəlxalq Ailə Gününün təsis edilməsi və respublikamızda dövlət tərəfindən ailələrə göstərilən qayğı və onların sosial müdafiəsi barədə geniş çıxış etmişdir. Daha sonra isə Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru  Neva Abdurahmanovanın “Ailə dəyərlərinin qorunub saxlanılmasında yaşlı və gənc nəslin dialoqu”, RİH yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu  Kamran Sədillayevin  “Sağlam həyat tərzinin təbliği və ziyanlı vərdişlərin cəmiyyətdəki fəsadları”, Qusar şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasının direktoru  Milyanə Zəkiyevanın “Uşaqların şəxsiyyət kimi inkişafında ailə tərbiyəsi”, Mərkəzi Rayon Xəstəxanasının Poliklinika Şöbəsinin müdiri  Aybəniz Əfəndiyevanın  “Erkən nikah və onun fəsadları” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Zarina Apayevanın “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzularında çıxışları dinlənilmişdir. Konfransın sonunda erkən nikah və ailə dəyərlərinə aid qısametrajlı 2 film nümayiş olunmuşdur.

Keçidlər