Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirmişdir

07 may 2021 | 16:00

YAP Qusar rayon təşkilatının idarə heyəti və partiya fəallarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin təşkilatın qərargahının foyesində büstünün önünə gül-çiçək düzməklə xatirəsini yad etmişdir. Tədbiri giriş sözü ilə açan təşkilatın aparat rəhbəri Kamil Sultanov Uluöndər Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün gördüyü əvəzsiz işlərindən bəhs edib. Natiq vuruqlayıb ki, həyatını doğma xalqına həsr etmiş Ulu öndərin zəngin tarixə malik ictimai-siyasi fəaliyyəti xalqına xidmətinin ən parlaq nümunəsidir. O, qeyd edib ki, Azərbaycan xalqı dünya şöhrətli siyasətçi Heydər Əliyevin 98-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən sonra daha yüksək əhval-ruhiyyədə qeyd edir. Tarixi Zəfərimiz unudulmaz lider Heydər Əliyevin ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Tədbirdə təşkilatın sədr müavini Nadirşah Şirinov, partiya veteranı, rayon ağsaqqallar şurasının sədri Vahid Mehdixanov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, təşkilatın Gənclər Birliyinin sədri Ayaz Abdullayev çıxış etmiş və qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, həm sovetlər dönəmində, həm də müstəqilliyini əldə etdikdən sonra ölkəmizin inkişafı və tərəqqisi üçün bütün səylərini göstərmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfəsi dünyada tanınan siyasətçi kimi yetişdirdiyi İlham Əliyevdir.

Keçidlər