"Dəmir Yumruq" sənədli filminin təqdimatı.
May ayının 7-də Qusar Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Dəmir Yumruq" sənədli filminin təqdimatı olmuşdur. Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən təqdimatda RİH əməkdaşları, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayədələri iştirak ediblər. Filmin nümayişindən əvvəl Vətən Müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik skütla yad olunmuşdur. Tədbirdə çıxış edən şəhid atası, vətən müharibəsi qazisi və digər natiqlər Vətən Müharibəsində çoxmillətli xalqımızın düşmənə qarşı nümayiş etdirdiyi birliyindən, Azərbaycan ordusunun qüdrətindən və əldə etdiyi şanlı qəsəbələrdən danışmışlar.
Filmdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində qazandığı tarixi Qələbə, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin bir yumruq kimi birləşərək göstərdikləri şücaət və qəhrəmanlıqlar əksini tapmışdır. "Dəmir Yumru" sənədli filmi izləyicilər tərəfindən maraqla qarşılanmışdır.