Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

15 may "Beynəlxalq Ailə Günü"nə həsr olunmuş dəyirmi masa.

07 may 2021 | 16:00

 06 may 2021-ci il tarixdə Qusar rayon Gənclər və İdman idarəsində Qusar rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 15 may "Beynəlxalq Ailə Günü"nə həsr olunmuş milli mənəvi dəyərlərin, ailə dəyərlərin qorunub saxlanılaraq gənc nəslə aşılanması mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Peşə Liseyin tələbələri və rayonun fəal gəncləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Qusar rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Sevil Qədirova açaraq Beynəlxalq Ailə Gününün təsis edilməsi və Respublikamızdan dövlət tərəfindən ailələrə göstərilən qayğı və onların sosial müdafiəsi barədə geniş çıxış etmişdir. Daha sonra Qusar rayon Gənclər və İdma İdarəsinin aparıcı məsləhətçi Sevil Dəmirovanın "Gəncləri vətənpərvərlik ruhunda tərbiyə olunması", Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayevanın "Sağlam həyat tərzi və ziyanlı vərdişlərin fəsadları", Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Vüsalə Davıdovanın "Valideyn uşaq münasibətlərinin tənzimlənməsi", Qadın Resurs Mərkəzinin fəal üzvü Aytəkin Pirməmmədovanın "Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" mövzularında  çıxışları dinlənilmişdir.

Keçidlər