Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ümummillli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası həyata keçirilmişdir.

10 may 2021 | 16:00

10 may 2021-ci il tarixdə Ümummillli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Qusar rayonunda ağacəkmə aksiyası həyata keçirilmişdir. "Şahdağ" Turizm Mərkəzinə gedən Qusar-Əniq-Ləzə avtomobil yolu boyu Qusar şəhərinin, Çiləgir, Xuray, Zindan Muruq və Əniq kəndlərinin ərazisində 550 ədəd tuya, gövrüş, vələs, söyüd və yerli iqlimə uyğun digər möv ağac tingləri əkilmişdir. Əkilən ağaclara aqrotexniki xidmətlərin göstərilməsi Qusar şəhəri ərazisində Kommunal Müəssisələri Kombinatına, kənd ərazilərində müvafiq bələdiyyələrə həvalə edilmişdir.

Keçidlər