Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Əhalinin nəzərinə

20 aprel 2021 | 16:00

Yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kV-luq xətlərdə 20 metr, 220 kV-luq xətlərdə 25 metr, 330 və 500 kV xətlərdə 30 metr məsafədə tikinti aparmaq, əraziləri çəpərləyib hərəkəti məhdudlaşdırmaq, xətlərin altında yem, saman, odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrini biçindən sonra yandırmaq qanunla qadağandır. Taxıl sahələrinin biçinindən sonra əkin yerlərinin yandırılması halları tez-tez  müşahidə edilir. Əhalinin nəzərinə çatdırılır ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnirlər. Əhalinin nəzərinə çatdırılır ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə görə, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Keçidlər