Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Respublika Gününə həsr olunmuş tədbir keçirmişdir.

27 may 2021 | 16:00

Qusar rayon İcra Hakimiyyəti və YAP Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə  rayon rəsm qalereyasında Respublika Günü münasibətilə tədbir keçirmişdir.
      Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Xalq Cümhuriyyətinin Azərbaycanın müstəqillik tarixindəki  əhəmiyyətindən söz açmış,xalqımız tərəfindən ilk Demokratik Respublika yaradıcılarının Xatirəsini həmişə əziz tutduğunu qeyd etmişdir.
      Natiq bildirmişdir ki,Ulu Öndər Heydər Əliyev Xalq Cümhuriyyətini müasir müstəqil Azərbaycanın  varisi adlandırmışdır.
      D.İbramxəlilov çıxışı zamanı qeyd etmişdir ki,Prezident İlham Əliyevin Sərəncamı ilə 2018 – ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili”elan olunmuş,Cümhuriyyətin 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur.
       Tədbirdə bu il Respublika gününü 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən sonra xoş əhval – ruhiyyədə bayram edildiyi qeyd olunmuşdur.
       Sonra tədbir iştirakçıları rəsm qalereyasında təşkil edilmiş “Doğma Vətənim Azərbaycan”adlı fotosərgi  ilə tanış olmuşdur.

Keçidlər