Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şəhid Pirvələdov Famil Teyfur oğlunun ailəsi ziyarət olunmuşdur.

31 may 2021 | 16:00

Vətən  müharibəsinin şəhidi Pirvələdov Famil Teyfur oğlu 30 may 1995 – ci il tarixində Qusar rayonun Yuxarı  Zeyxur kəndində anadan olmuşdur.Vətən müharibəsində Hadrut və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Ordusunun çavuşu Famil Pirvələdov qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Famil Pirvələdov “Vətən uğrunda”və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif edilmişdir.
Qeyd edək ki,şəhid Famil Pirvələdovun ad günündə Milli Məclisin deputatı,YAP İdarə Heyətinin üzvü Azər Badamov ,YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov  və rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları şəhidin ailəsini ziyarət etmiş və onların problemləri ilə maraqlanmışdır.
Səmimi görüş zamanı deputat Azər Badamov Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlarından söz açmış,şəhidin valideynlərinə igid,vətənpərvər oğul böyütdüklərinə görə təşəkkur etmişdir.
Şəhidin atası Teyfur Pirvələdov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişdir.
Görüşdən sonra şəhidin məzarı ziyarət edilmiş və onun xatirəsi yad olunmuşdur.

Keçidlər