Vətən müharibəsinin şəhidlərinin xatirəsi yad olundu.
Vətən müharibəsinin şəhidləri Əlimuradov Cumart Şixrəhim oğlu, Əhmədov Tural İzzətulla oğlu və Bəyverdiyev Rafik Nurməhəmməd oğlunun doğum günlərində Qusar rayon İcra Hakimiyyətinin,YAP Qusar rayon təşkilatının,Qusar Kommunal Müəssisələr Kombinatının,Qusar Gənclər və İdman İdarəsinin əməkdaşları, o cümlədən şəhidlərin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidlərin ailələri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı onların hərbiçi yoldaşları şəhidlərimizin döyüş meydanında vətənin hər bir qarış torpağı uğrunda necə döyüşdüklərini,düşmənin canlı qüvvəsini necə məhv edərək irəlilədiklərindən danışdılar.Görüş zamanı şəhid ailələrini maraqlandıran suallar cavablandırıldı, onları narahat edən məsələlər dinlənildi. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi.
Görüşdən sonra şəhidlərin məzarları ziyarət edildi və onların əziz xatirəsi bir daha yad olundu.