Şəhid ailələrinə diqqət və qayğı göstərilir.
Vətən müharibəsinin şəhidi Qazımətov Rəsul Kəmaləddin oğlu 14 iyun 2001-ci ildə Qusar rayonu Qayakənd kəndində anadan olmuşdur. Döyüşlərdə xüsusi şücaət göstərən şəhidimiz düşmənin çoxsaylı şəxsi heyyətini məhv edir və yaralanır. Döyüş yoldaşları onu döyüş meydanından çıxatmaq istəyir amma o razılıq vermir. Heç kim onu fikrindən döndərə bilmir döyüşünü davam etdirir və döyüşçü yoldaşları ilə birgə irəliləyir. Hələ məktəb yaşlarından fədakarlığı, intizamı ilə fərqlənən Rəsul Hadrut uğrunda gedən döyüşlərdə təkrar ağır yaralanaraq oktyabr ayının 14-də şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Qazımətov Rəsul Kəmaləddin oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Qeyd edək ki, 14 iyun 2021-ci il tarixdə şəhid Qazımətov Rəsul Kəmaləddin oğlunun doğum günündə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Qusar şəhəri inzibati ərazi nümayəndəliyi əməkdaşları, həmçinin Qusar şəhər bələdiyyəsinin sədri və ictimaiyyət nümayəndələri şəhid ailəsini ziyarət etmişdilər. Görüş zamanı şəhidin döyüş yolundan, onun döyüşdə göstərdiyi qəhəmanlıqlarından, düşmənə necə sarsıdıcı zərbələr endirdiyindən danışıldı. Şəhid vaideyinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Görüşdən sonra şəhidin məzarı ziyarət edildi və onun əziz xatirəsi yad olundu.