31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə Qusar rayonunun Mərkəzi Meydanında rayon icra hakimiyyəti, idarə, müəssisə, təşkilatların kollektivinin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirilib.
Tədbirdə xalqımızın ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi şanlı Zəfərin sevincini yaşadığı, Azərbaycanın bundan sonra da möhtəşəm zəfərlərə imza atacağı qeyd olunub. Bu xoş bayramın dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan artıq azərbaycanlını vahid bir amal, məqsəd ətrafında birləşdirdiyi vurğulanıb.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriki səsləndirilib.
Tədbir daha sonra konsert proqramı ilə davam etdirilib. Rayon Mədəniyyət Mərkəzinin kollektivinin ifasında musiqilər səsləndirilib.