"Şahdağ" Turizm Mərkəzində "Azərbaycanda koronavirus pandemiyasına qarşı hazırlıq və tədbirlərin gücləndirilməsi" mövzusunda təlim keçirilmişdir
30 iyul 2021-ci il tarixində "Şahdağ" Turizm Mərkəzində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə tibb işçiləri üçün "Azərbaycanda koronavirus pandemiyasına qarşı hazırlıq və tədbirlərin gücləndirilməsi" mövzusunda təlim keçirilmişdir. Təlimdə Agentliyin Marketing və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, Agentliyin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Ruslan Abdullayev, KOİCA Azərbaycan Nümayəndəliyinin rəhbəri Moon Jong Hyun, Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Telman Kazımov, eyni zamanda Qusar rayon mərkəzi xəstaxanası, Quba müalicə Diagnostika mərkəzi, Xaçmaz rayon Mərkəzi xəstəxanalarının rəhbərləri və tibb işçiləri iştirak etmişdir.
Tədbirin açılış nitqini edən Ruslan Abdullayev Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya kimi qəbul edilən koronavirus xəstəliyinə qarşı Azərbaycan Dövləti tərəfindən həyata keçirilən tədbirlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Çıxış edən Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi T.Kazımov rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargəh tərəfindən xüsusi karantin rejimi dövründə rayonda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər barədə məlumat verdi. Çıxışlardan sonra təlim tibb işçiləri üçün sesiyalar formasında davam etdirildi.
1-ci sessiyada infeksionist Ramil Alməmmədov-COVİD-19 infeksiyasının diaqnozu üçün mövcud yenilikçi metodlar mövzusunda çıxış edərək iştirakçıları məlumatlandırdı.
2-ci sessiyada isə Hökümə Məmmədova COVİD-19 infeksiyası, Ramil Alməmmədov COVİD-19, diabet, piylənmə və demensiyada İmmunitet sisteminə və mitokondrial dinamikasına təsiri mövzularında çıxışlar etdilər.