Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonu ərazisində koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

14 avqust 2021 | 16:00

Qusar rayonu ərazisində koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Son günlərdə koronavirus infeksiyasına yoluxma sayının artması COVİD 19 infeksiyası ilə mübarizə tədbirlərinin davam etdirilməsini, daha ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Ona görə də koronavirus infeksiyasının (COVİD 19) yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qusar rayonunda zəruri tədbirlərin görülməsi davam etdirilir. Belə ki, 18 yaşdan yuxarı vətəndaşların peyvənd olunması ilə yanaşı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış qərargah tərəfindən virusun yayılmasının qarşısını almağa kömək edəcək tədbirlərin davam etdirilməsi nəzarətdə saxlanılır. Rayonda çox mənzilli yaşayış binaların həyətlərində  və piləkən qəfəslərində, ticarət obyektlərində, marşurut avtobuslarda, park və digər istrahət yerlərində vaxtaşırı dizinfeksiya işləri görülür, şəhər küçələri xüsusi məhlullarla yuyulur.
14.08.2021-ci il tarixində növbəti dəfə şəhərin mərkəzi küçələrinin, əhalinin daha çox gediş-gəlişi olan bazar və avtovağzal ərazilərinin, ticarət obyektlərinin, çoxmənzilli binaların həyətlərinin, piləkən qəfəslərinin, park və istrahət yerlərinin xususi məhlulla dizenfeksiya edilməsi və digər tədbirlər həyata keçirilmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahının qoyduğu tələblərə uyğun olaraq  toy və şənliklərin keçirilməsi zamanı ticarət və ictimai iaşə obyektlərinin işçiləri və vətəndaşlar  tərəfindən qoyulan tələblərə riayət edilməsi ilə bağlı maarifləndirilmə  və nəzarət  tədbirləri aidiyyəti qurumlar və rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və  bələdiyyələr tərəfindən həyata keçirilir.

Keçidlər