Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu.
Vətən müharibəsinin şəhidi mayor Zamanov Sənan Qahir oğlunun doğum günü qeyd olundu. Bu münasibətlə 17 avqust 2021-ci ildə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri və əməkdaşları, o cümlədən şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri tərəfindən şəhidin məzarı ziyarət olundu və onun əziz xatirəsi bir daha yad edildi. Görüş zamanı onun hərbiçi yoldaşları şəhidimizin döyüş meydanında vətənin hər bir qarış torpağı uğrunda necə döyüşdüyünü, düşmənin canlı qüvvəsini necə məhv edərək irəlilədiyindən danışdılar. Şəhidimiz Suqovuşan istiqamətində gedən döyüşərdə şəhidlik zirvəsinə ucalmışdır.Görüş zamanı şəhid ailəsini maraqlandıran suallar cavablandırıldı, onları narahat edən məsələlər dinlənildi. Şəhid atası Qahir Zamanov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi.