Qusar Heydər Əliyev Mərkəzində “ Zəfər tariximizdə Azərbaycan qadınının rolu “ mövzusunda tədbir keçirilmişdir.
2021- ci il avqust ayının 25-də Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçıığı ilə şəhid anaları və rayon qadınlarının iştirakı ilə "Zəfər tariximizdə Azərbaycan qadınının rolu" mövzusunda tədbir keçirilmişdir. Tədbir öncəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova Vətən müharibəsinin tarixi Qələbə ilə nəticələnməsində xalqın Ali Baş Komandana və Azərbaycan Ordusuna olan böyük inamından, ölkə vətəndaşlarının Dövlət Başçısının dəmir yumruğ altında Milli Birlik nümayiş etdirmələrinin əhəmiyyətindən danışdı. Qusar rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rimma Şeydayeva çıxışında avqust ayının 26-da Mehriban xanım Əliyevanın anadan olmasının 57-ci ildönümünün tamam olduğunu bildirdi, belə bir əlamətdar gün ərəfəsində Mehriban xanımın dövlətçiliyimiz naminə gördüyü işlərdən ətraflı danışdı. Daha sonra çıxış edərək Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən Azərbaycan qadınlarından söz açdı. Qusar rayonu N saylı hərbi hissədən Vətən müharibəsinə yollanaraq şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Abakar Hacıyevin yaxın qohumu Fatimat Bulayeva, şəhid manqa komandiri Ağa Ağayevin bacısı Nargilə Ağayeva, hərbi qulluqçu Ramin Nurəhmədovun anası Tahirə Nurəhmədova Vətən müharibəsində doğmalarının şücaətindən xatirələrini bölüşərək onlara göstərilən dövlət qayğısından razılığını bildirdilər. Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova rayonda şəhid ailələri ilə keçirilən görüşlərdən, onlara göstərilən mənəvi dəstəkdən söz açdı. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğısı vurğulandı. Qusar rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Lalə Kərimova xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar missiyasından danışdı. Daha sonra tədbir iştirakçılarının adından ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ünvanına doğum günü ilə bağlı təbriklər səsləndirildi. Tədbir qısametrajlı filmlərin nümayişi ilə yekunlaşdı.