Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksində yaradılan yüksək xidmət şəraiti ilə tanış olmuşdur

20 dekabr 2013 | 16:00

Prezident İlham Əliyev dekabrın 19-20-də “Şahdağ” qış-yay turizm kompleksində tikilmiş yeni otellərin açılışında iştirak etmiş, yaradılmış yüksək xidmət şəraiti ilə tanış olmuşdur.
Dövlət başçısı dekabrın 20-də xizəklə sürüşdü. Prezident İlham Əliyev əvvəlcə ikinci liftin yamacından sürüşüb dördüncü liftin yanına gəldi. Sonra dördüncü liftlə yuxarı qalxaraq həmin liftin yamacı ilə üçüncü liftə qədər sürüşdü. Daha sonra dövlətimizin başçısı üçüncü liftlə yuxarı qalxaraq yeni açılan yamacla sürüşdü.
Ölkəmizdə ilk dəfə yaradılan və dünya standartlarına cavab verən bu layihənin reallaşdırılması respublikada dağ-xizək və digər qış idman növlərinin, xüsusilə də turizmin inkişafı üçün geniş imkanlar açır.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinə gələnlərin sayı gündən-günə artır.
Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən və bir gün əvvəl Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən otellər bu istirahət məkanına olan marağı daha da artırır. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafı əsas prioritetlərdəndir.

Keçidlər