Şəhid Nurəhmədov Ramin Marif oğlunun doğum günü qeyd edildi.
18 sentyabr tarixində Qusar rayonunun Nəcəfkənd kənd sakini İkinci Qarabağ müharibəsində şəhid olmuş Nurəhmədov Ramin Marif oğlunun ad günü Qusar rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, ictimaiyyət nümayəndələri və kənd sakinləri ilə birlikdə qeyd olunmuşdur. Əvvəlcə şəhidin əziz xatirəsi yad olunub məzarı üzərinə gül dəstələri düzülmüşdür. Tədbirdə şəhidimizin döyüş yolundan, vətənpərvərliyindən, onun vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışıldı. Ramin o igidlərdən idi ki, ölümdən belə qorxmurdu. Onun ölümün üzünə dik baxmasının səbəbi vətəninə olan sevgisindən irəli gəlirdi. Şəhidimiz Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölkə rəhbərinin sərəncamına əsasən o Vətən uğrunda, Füzuli, Şuşa uğrunda medalları ilə təltif olunmuşdur. Görüş zamanı şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.