Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

27 sentyabr tarixində Qusar rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.
Bu məqsədlə 2021-ci il 27 sentyabr tarixində Qusar rayonunda  adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş igidlərin ruhlarına hörmət və ehtiram əlaməti olaraq şəhidlərin adına ucaldılmış xatirə kompleksinin önündə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətnin başçısı Şair Alxasov, aparatın nümayəndələri,  Millət vəkilləri Azər Badamov, Anatoliy Rafailov, Hüquq-Mühafizə Orqanlarının rəhbərləri, Şəhid ailələri və qazilər, idarə və müəssisə rəhbərləri, və ictimaiyyət nümayəndələri iştirak edərək şəhidlərin məzarı üzərinə gül-çiçək dəsdələri düzülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Millət vəkilləri Azər Badamov, Anatoliy Rafailov tədbirdə çıxış edərək şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olduğunu qeyd etmişlər. Şair Alxasov  bildirmişdir ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Ölümüylə ölümsüzlüyə qovuşan, bizə zəfəri bəxş edən şəhidlərimiz heç vaxt undulmayacaq və yaddaşlardan silinməyəcəkdir. Tədbirdə  çıxış edən şəhid atası Qahir Zamanov və ikinci Qarabağ müharibəsi qazisi ölkə rəhbərliyinə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş 44 günlük müharibədə igidlərimizin döyüş yolundan danışmışdır. Anım günündə həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədi ilə ağacəkmə aksiyası həyata keçirilib. Ağacəkmə aksiyası zamanı şəhidlərimizin adına 3500-dən artıq ağac əkilib.
Saat 12.00-da ölkə ərazisində, o cümlədən Qusar rayonunda şəhidlərin xatirəsi bir dəqiqəlilik sükutla yad edildi.
Bizə Qələbə sevincini yaşadan, vətənin müstəqilliyi və istiqlaliyyəti, xalqının rifahı uğrundan canından keçərək şəhidlik zirvəsinə çatan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik!

Keçidlər