Əniq kəndində "Texniki su təminatının yaxşılaşdırılması" layihəsinin icrası başa çatmışdır.
30 sentyabr 2021 | 16:00
SEDA proqramı çərçivəsində Qusar rayonunun Əniq kəndində həyata keçirilən "Texniki su təminatının yaxşılaşdırılması" layihəsinin icrası başa çatmışdır.
Həyata keçirilən layihə çərçivəsində Əniq çayında 3 yerdə suqəbuledici qurğu (kaptaj sistemi) quraşdırılmış və oradan ümumi uzunluğu 7500 metrdən çox olan müxtəlif diametrli (90 mm, 76 mm, 50 mm, 40 mm) plastik borularla kəndə su xətləri çəkilmişdir. Çəkilmiş yeni su xətlərindən evlərə çıxışlar verilmişdir. Su xətlərinin istifadəyə verilməsi ilə bağlı sentyabr ayının 30-da rəsmi açılış tədbiri keçirilmişdir. Yeni su xətlərindən hal-hazırda 143 ailə faydalanır.