Qusar rayonunda şəhid İsmayılov Orxan Qədim oğlunun, Əlimuradov Orxan Roman oğlunun Pirseyidov Elnur Nasir oğlunun həlak olmasının ildönümləri qeyd olunmuşdur.
Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qərəmancasına şəhidlik zirvəsinə ucalmış Həsənqala kənd sakini İsmayılov Orxan Qədim oğlunun,Uqur kənd sakini Əlimuradov Orxan Roman oğlunun, Avaran kənd sakini Pirseyidov Elnur Nasir oğlunun il dönümləri qeyd olunmuşdur.İl dönüm tədbirlərində Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov,Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Şahid Fərəməzov, Millət vəkili Azər Badamov, müəssisə, və təşkilat rəhbərləri, kənd sakinləri, şəhidlərin yaxın qohumları və ailə üzvləri iştrak etmişdir. İlk öncə şəhidlərin məzarları ziyarət olunmuş, məzarı önünə gül dəstələri düzülərək ruhlarına duallar oxunulmuşdur. Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra şəhid Pirseyidov Elnur Nasir oğlu “Vətən uğrunda”, İsmayılov Orxan Qədim oğlu “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, Əlimuradov Orxan Roman oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “ Şücaətə” görə medalları ilə təltif edilmişdir. Şəhidlərin ailələri üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.