Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Vətən müharibəsində həlak olmuş üç şəhidin il mərasimi keçirilmişdir

09 oktyabr 2021 | 16:00

09 oktyabr 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qusar rayon Urva kənd sakini Ələsgərov Vadim Ağaba oğlunun, Hil kənd sakini Xəncəlov Ümüd Radif  oğlunun və Cibir kənd sakini şəhid Kəlbiyev Murad Məməziyad oğlunun həlak olmasının ildönümləri qeyd olunmuşdur.İldönümü mərasimlərində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Şahid Fərəməzov, Qusar rayon polis şöbəsinin rəisi Eldar İlyasov, rayonun digər idarə və müəssə rəhbərləri, kənd sakinləri, doğmaları,şəhidlərin döyüş yoldaşları,ailə üzvləri iştirak etmişdir. İlk öncə şəhidlərin məzarları ziyarət olunub üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla bir daha yad edilib.Tədbirdə şəhidlərin döyüş yoldaşları onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından tədbir iştirakşılarına məlumat verdi.Tədbir iştirakçıları vətən uğrunda canından keçən şəhidlərimizin ata ocaqlarını ziyatət edib, bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra şəhid Ələsgərov Vadim Ağaba oğlu “Vətən uğrunda”, “Füzulinin Azad olmasına görə”, Kəlbiyev Murad Məməziyad oğlu “Vətən uğrunda”, Xəncəlov Ümüd Radif oğlu “Füzulinin azad olmasına görə”, “Vətən uğrunda”, medalları ilə təltif olunublar.Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər