Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şəhidlərin doğum günü və il dönümləri qeyd olundu

12 oktyabr 2021 | 16:00

Bu gün Qusar rayonunun Əniğ kəndində şəhid Yunusov Amrid Zaur olunun doğum günü, İmamqulukənd kəndində Məmmədov Murad Əzizulla oğlunun və Piral kəndində Hüseynov Kərim Tərlan oğlunun həlak olmasının il dönümləri qeyd  olunmuşdur. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Rayon İcra akimiyyətinin birinci müavini Şahid Fərəməzov, aparatın digər əməkdaşları, idarə təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri,şəhidlərin yaxın qohumları və ailə üzvləri iştirak edib. İlk öncə şəhidlərin doğulduqları kəntdə yerləşən məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzulərək, ruhuna dualar oxunuldu. Daha sonra şəhidlərin ailələri ziyarət olunaraq onları narahat edən məsələlər ətrafında söhbətlər aparıldı. Şəhid Yunusov Amrid Zaur oğlu Xocavən uğrunda, Məmmədov Murad Əzizulla oğlu Suqovuşan uğrunda, Hüseynov Kərim Tərlan oğlu Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdırlar. Vətənə olan borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra  şəhid Yunusov Amrid Zaur oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, Məmmədov Murad Əzizulla oğlu “Vətən uğrunda”, ”Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, Hüseynov Kərim Tərlan oğlu “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdirlər. Şəhid valideyinləri şəhid ailələrinə göstərilən diqqət qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etdilər.

Keçidlər