Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Hiloba kəndində şəhidin il mərasimi qeyd olunub

14 oktyabr 2021 | 16:00

14 oktyabr 2021-ci il tarixdə Qusar rayonunun Hiloba kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Turac Həmzəyevin əziz xatirəsi il dönümündə ehtiramla anılıb. İldönümü  tədbirində  Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdüri Turab Allahverdiyev, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları, şəhidin ailə üzvləri iştirak etmişdir. İldönümü şəhidin məzarının ziyarəti ilə başlanmış, məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunulmuşdur. Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır. Vətəndaşlıq borcunu yerinə yetirən Turac Həmzəyev Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Həmzəyev Turac Suliddin oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir. Şəhidin yaxın qohumları dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhid Həmzəyev Turacla və onun kimi igid Vətən oğulları ilə hər zaman qürur duyduqlarını söyləyiblər.

Keçidlər