Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Qazımətov Rəsul Kəmaləddin oğlunun şəhidolmasının İldönümü qeyd olundu.

21 oktyabr 2021 | 16:00

21 oktyabr 2021-ci il tarixdə Qusar rayonunun igid oğullarından biri olan şəhid Qazımətov Rəsul Kəmaləddin oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il ötür. Şəhidimizin doğulub boya-başa çatdığı Qayakənd kəndində keçirilən ildönümü mərasimində Qusar Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin böyük məsləhətçisi Tural Hüseynov, millət vəkili Azər Badamov,  idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxın qohumları iştirak etmişdir. İlk öncə şəhidin Qayakənd  kənd qəbristanlığında yerləşən məzarı  ziyarət  olundu, məzarı üzərinə gül dəstələri düzüldü, ruhuna dualar oxunuldu. Tədbir iştirakçıları daha sonra şəhidin ata ocağına gələrək ailəsini ziyarət etmiş və əziz xatirəsini bir daha yad etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Qazımətov Rəsul Kəmaləddin   oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Şəhidin atası Kəmaləddin Qazımətov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin daim yad olunmasını Rəsulun  simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.

Keçidlər