Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Cəfərov Ruslan Mövlan oğlunun və Nurmətov Çoban Razəddin oğlunun il dönümləri qeyd olundu

25 oktyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür. Azərbaycanın İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından Cəfərov Ruslan Mövlan oğlunun və Nurmətov Çoban Razəddin oğlunun, ildönümləri qeyd olunub. İldönümü mərasimlərində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq mühafizə orqanlarının əməkdaşları və rayonun digər idarə və müəssə rəhbərləri, şəhidlərin ailə üzvləri, yaxınları, doğmaları, rayon sakinləri iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunub, tər qərənfillər düzülüb, ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Daha sonra rayon rəhbəri və qonaqlar igid vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər. Şəhid Cəfərov Ruslan Mövlan oğlu və  Nurmətov Çoban Razəddin oğlu Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Cəfərov Ruslan Mövlan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, şəhid Nurmətov Çoban Razəddin oğlu “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhid valideyinləri şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid vətən oğulları ilə hər zaman fəxr edəcəklərini söyləyiblər.

Keçidlər