Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Qusar rayonuna səfər etmişdir.

27 oktyabr 2021 | 16:00

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi 2021-ci ilin 27 oktyabr tarixində  Qusar rayonuna səfər etmişdir. Səfərin məqsədi Yaponiya hökümətinin “İcma səviyyəli  layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Qusar rayonunun Düztahir kəndində İnşa olunmuş tibb məntəqəsinə baxış keçirməkdir.
Səfər zamanı səfir Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb, eləcə də Qusar rayonunun  Qalacıq kəndi ərazisində yerləşən “METAK” MMC-yə məxsus intensiv bağ sahəsi, soyuducu qurğu və tara istehsalı müəssisəsi ilə tanış olmuşdur.

Keçidlər