31 oktayabrda şəhid Pirvələdov Familin Teyfur oğlunun il dönümü qeyd olundu
Oktyabrın 31-də 44 günlük Vətən müharibəsində şəhid olmuş Qusar rayonunun Yuxarı Zeyxur kənd sakini Pirvələdov Famil Teyfur oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Yuxarı Zeyxur kəndində mərasim keçirilmişdir. İldönümü tədbirində Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdüri Turab Allahverdiyev, millət vəkili Azər Badamov, rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları, şəhidin ailə üzvləri iştirak etmişdir. İldönümü şəhidin məzarının ziyarəti ilə başlanmış, məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunulmuşdur. Döyüş yolu barədə söhbət açılmış, şəhidin valideyinlərinə və qohumlarına başsağlığı verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə Famil Pirvələdov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. O, oktyabrın 31 də doğma kəndi Yuxarı Zeyxurda dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.Şəhidin yaxın qohumları dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhid Pirvələdov Famil və onun kimi igid vətən oğulları ilə hər zaman qürur duyduqlarını söyləyiblər.