Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yunusov Amrid Zaur oğlu və Nurəhmədov Ramin Marif oğlunun Anım mərasimləri qeyd olundu

02 noyabr 2021 | 16:00

02 noyabr 2021-ci il tarixdə Qusar rayonunda 44 günlük Vətən müharibəsinin şəhidləri Yunusov Amrid Zaur oğlu və Nurahmədov Ramin Marif oğlunun anım mərasimləri böyüyüb başa çatdıqları Əniğ və Nəcəfkənd  kəndlərində keçirilib. Anım mərasimində Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Turab Allahverdiyev , Yap Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları, şəhidlərin ailə üzvləri iştirak etmişdir. Şəhidlərimiz Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşa rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Yunusov Amrid Zaur oğlunun Əniğ,  Nurahmədov Ramin Marif oğlunun Nəcəfkənd kənd qəbristanlığında yerləşən məzarları ziyarət olunaraq önünə  tər qərənfillər düzülərək ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Daha sonra qonaqlar igid vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər. Vətənə olan borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra Yunusov Amrid Zaur oğlu "Vətən uğrunda", ”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, Nurahmədov Ramin Marif oğlu "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhid ataları Zaur Yunusov , Marif Nurəhmədov şəhid ailəsi kimi hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Keçidlər