Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şəhidlərin əziz xatirəsinə 500-dən artıq ağac əkildi.

08 noyabr 2021 | 16:00

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı 44 gün davam etdi. 44 gün sonra Vətən müharibəsi otuzillik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazandığımız və bu gün qürurla səsləndirdiyimiz həmin tarixi  ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrda - Zəfər Günü kimi qeyd edilir. 8 Noyabr - Zəfər Günü münasibəti ilə ölkəmizin bir çox bölgələrində olduğu kimi, Qusar  rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Şanlı Zəfərimizə həsr olunmuş ağacəkmə aksiyası Zəfər parkınıntikintisi üçün nəzərdə tutulmuş ərazidə  keçirilib və həmin ərazidə 500 dən yuxarı tuya ağacı əkilib. Aksiyada Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Millət vəkili Azər Badamov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov,  idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

Keçidlər