Zəfər bayramı günü Qusarda şəhid ailələri ilə görüş keçirildi.
8 noyabr Zəfər günündə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Millət vəkili Azər Badamov və hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Daha sonra əsaslı təmirlə yenidən qurulmuş Qusar rayon Şəhidlər Xiyabanı ziyarət olundu, abidə kompleksi önünə gül dəstələri qoyularaq şəhidlərin xatirələri böyük ehtiramla anıldı.Tədbirdə şəhid ailələri ilə görüş keçrilib.Görüşdə şəhidlərin vətən qarşısında xidmətlərindən ,misilsiz qəhrəmanlıq nümunələrindən danışılıb. Daha sonra şəhid ailələrini narahat edən məsələlər ətrafında söhbətlər aparılıb,aidiyyatı idarə müəssisələrin qaldırılan məsələlərin həlli ilə bağlı rəhbərlərinə müvafiq tapşırıqlar verilib.