Qusar rayonunda Zəfər Günü qeyd olundu
Qusar rayonunda 8 noyabr Zəfər Günü şənliklərinə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanının yürüşü ilə start verildi. Tədbir iştirakçıları avtomobil karvanı ilə 10 kilometrdən artıq yol qət edərək Qusar şəhərinin mərkəzində yerləşən Mahmud Əbilov adına meydana toplaşmışlar. Daha sonra tədbir meydanda təşkil olunan konsert proqramı ilə davam etdirilmişdir. Tədbirdə şəhid ailələri, Qarabağ müharibəsi qaziləri də iştirak etmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tədbirdə çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun “Müzəffər Ali Baş Komandanı” İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən söz açıb, zəfərlə başa çatan müharibədə vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlarından danışıb. Bildiribki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Uzun illərdir işğal edilən torpaqlarımız məhz onların şücaəti nəticəsində azad olunub. Çıxışlardan sonra tədbir iştirakçıları meydanda təşkil edilmiş Zəfər sərisinə baxış keçirmişdir.