Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Fermerlərə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri izah olundu və onları narahat edən məsələlərlə bağlı suallar cavablandırıldı.

10 dekabr 2021 | 16:00

Qusar rayon İcra Hakimiyyətində Kənd Təsərrüfatı Nazirliyinin rayona ezam edilmiş məsul şəxsləri ilə birlikdə dekabr ayının 10-da keçirilən tədbirdə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri geniş izah olundu, fermerlərin bu mexanizmlərdən yararlanmaq imkanları barədə məlumat verildi. Qeyd olundu ki, payızlıq əkinlərə görə subsidiyaların vaxtında alınması üçün fermerlər əkinlərini Elektron Kənd Təsərrüfatı İnforasiya Sistemində dekabr ayının 30-a kimi bəyan etməlidirlər. Bununla əlaqədar Elektron Kənd Təsərrüfatı İnforasiya Sistemində şəxsi kabinetinin aktivləşdirilməsi, məlumatların sistemə daxil edilmə müddətləri və ardıcıllığı, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, bəyan prosesinə fermelərə texniki köməklik göstərilməsi üçün təşkil olunan səyyar xidmətlər,  aqrokimyəvi analizlərin vacibliyi, aqrar sığorta mexanizmi və digər məsələlər barədə ətraflı məlumat verilmişdir. Tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınmışdır.

Keçidlər