Qusarda Ulu Öndər Heydər Əliyevin anım günü keçirildi.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq-mühafzə orqanlarının rəhbərləri, rayonun İdarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri Qusar şəhərində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra Qusar rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Milli birliyin və vətəndaş həmrəyliyinin banisi” mövzusunda videokonfrans keçirildi. Konfrans işinə Milli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edərək başladı. Konfransı giriş sözü ilə açan Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın milli tarixində özünəməxsus yer tutan və nadir tarixi şəxsiyyət olaraq zəngin irsinin politoloqlar, filosoflar, tarixiçi və tədqiqatçılar üçün araşdırılması hələ də açıq bir mövzu olduğunu vurğuladı. Konfransın işində iştirak edən millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Azər Badamov çıxış edərək bu gunkü respublikamızın uğurlarının təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsaslarının dayandığını, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimizin qorunduğunu, dövlət və xalq birliyinin təmin edildiyini qeyd etdi. O bildirdi ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi məhz zəfər tariximizə hesablanmış uzun bir tarixin keçidi olaraq Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və dəmir yumruğu ilə torpaqlarımızı işğaldan azad etdi. Daha sonra Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov "Heydər Əliyev irsi: dövlətçilik və müasirlik", Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin məzun təcrübəçisi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Edmar Mustafayev "Qarabağ Zəfərinə gedən yol və ata vəsiyyəti", Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzularında çıxış edərək Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun müasir şəraitə uyğunluğunun uğurla davam etdirildiyini bildirdilər. Videokonfrans Qusar rayon Heydər Əliyev Mərkəzinin hazırladığı “Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır” mövzusunda videoçarxın nümayişi ilə sona çatdı.