Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Cibir kəndində Şəhidlərin xatirəsi əbədləşdirilmişdir.

24 dekabr 2021 | 16:00

Qusar rayonunun Cibir kəndi 1-ci Qarabağ Müharibəsində iki, 2-ci Qarabağ Müharibəsində isə 4 şəhid vermişdir. Dekabr ayının 24-də Şəhidlərin xatirəsinin əbədləşdirilməsi məqsədilə kənddə inşa edilmiş abidə və bulaq kompleksinin açılışı olmuşdur. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Abidə kompleksinin açılışında çıxış edən cənab Şair Alxasov şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, onların sosial-məişət problemlərinin həlli üçün tədbirlərin görüldüyünü və rayon İcra Hakimiyyəti tərəfindən onların daim diqqətdə saxlanıldığını bildirmişdir.
Mərasimdə çıxış edən şəhid anası Kəlbiyeva Rübabə Şixmət qızı şəhid ailələrinə göstərildiyi  diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə edərək, övladının vətən yolunda Şəhidlik zirvəsinə ucaldığına görə fəxr etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, kənddə ucaldılan bu abidə şəhidlərə göstərilən böyük hörmət və eyni zamanda yetişməkdə olan gənc nəslin vətənpərvər yetişməsində bir örnəkdir.

 

Keçidlər