Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Həsənov Afik Namiq oğlunun şəhid olmasından bir il ötür

14 yanvar 2022 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Şəhid Həsənov Afik Namiq oğludur. Vətən torpaqları işğaldan azad olunması uğrunda Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmışdır. Bu gün onun şəhid olmasından bir il ötür.
Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhidin ildönümünü ailəsi ilə bərabər Qusar rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxın qohumları qeyd etmiş, şəhidimizə olan sonsuz ehtiramını bildirmişdir. İldönümü tədbiri şəhidin doğulduğu Böyük Muruq kəndində olan məzarının ziyarəti ilə başlanıb. Məzarı üzərinə gül dəstələri düzüldü, şəhidin ruhuna dualar oxundu. Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edərək, əziz xatirəsini bir daha yad etmişdir. Şəhidin  valideyinləri şəhid ailələrinə olan diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.

Keçidlər