Şəhid Arazov İkraməddin Qüdrət oğlunun həlak olmasının ildönümü qeyd olundu.
15 noyabr 2022-ci il tarixdə, şəhid Arazov İkraməddin Qüdrət oğlunun həlak olmasının il dönümü doğulduğu,boya başa çatdığı Urva kəndində qeyd olunub. Şəhid Arazov İkraməddin Qüdrət oğlu Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Anım mərasimində iştirak edənlər qəhrəman şəhidimizin keçdiyi həyat yolundan bəhs ediblər, ruhuna böyük ehtiram göstəriblər. İldönümü mərasimində Qusar Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları, ailə üzvləri iştirak etmişdir. İldönümü şəhidin məzarının ziyarəti ilə başlanmış, məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunulmuşdur. Daha sonra şəhidin ailəsi ziyarət olunaraq onları narahat edən məsələlər ətrafında söhbət aparılmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhid Arazov İkraməddin Qüdrət oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”,”Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub. Şəhidin yaxın qohumları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.