Qusar rayonunda 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir
20 Yanvar faciəsinin 32-ci il dönümü ilə bağlı rayonun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Ümumxalq hüzn günündə Qusar rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Anım tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyulmuşdur. Vətənin azadlığı, suverinliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Eyni zamanda rayon ərazisində matəm əlamati olaraq Dövlət bayrağları endirilmiş və Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.