Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

26 fevral 2022 | 16:00

Qusar rayonunda Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, rayonun ictimaiyyət nümayəndələri, fəal gənclər, ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etmiş və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyulmuş, soyqırım nəticəsində həyatlarını itirmiş vətən övladlarının xatirəsi böyük ehtiramla yad edilmişdir. Daha sonra Qusar şəhərində yerləşən rəsm qalereyasının foyesində məktəblilərin və gənclərin əl işlərindən ibarət soyqırım aktını əks etdirən rəsm sərgisi təşkil edilmişdir. Eyni zamanda rayon ərazisində matəm əlaməti olaraq Dövlət bayraqları endirilmiş və Bakı vaxtı ilə saat 17:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər