Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar şəhərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunmuşdur.

17 mart 2022 | 16:00

Qusar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ən sevimli və tarixi bayramlardan biri olan Novruz bayramı ilə əlaqədar Qusar şəhərinin Əziz Səfixanov küçəsində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunmuşdur. Mart ayının 17-də keçirilən yarmarkaya 52 nəfər kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar tərəfindən 60 tona yaxın müxtəlif növ heyvandarlıq və bitkiçilik məhsulları çıxarılmışdır. Yarmarkada satılan məhsulların yüksək keyfiyyətə malik olması ilə yanaşı qiymətləri də bazar qiymətlərindən aşağı olmaqla əhali üçün münasib olmuşdur.

 

 

Keçidlər