Qusar Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu keçirilmişdir.
17 mart 2022 | 16:00
Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov rayonun Bədirqala kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanıllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdirlər. Şair Alxasov vətəndaşları narahat edən məsələləri ilə maraqlanmış, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağı müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər verilmişdir.