Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirildi.

17 mart 2022 | 16:00

17 mart 2022-ci il tarixdə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilmişdir.  Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov görüşdə çıxış edərək ilk öncə Novruz bayramı münasibəti ilə şəhid ailələrini təbrik etdi, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən söz açaraq zəfərlə başa çatan müharibədə vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlarından danışdı. Çıxışda o cümlədən qeyd edildi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Uzun illərdir işğal edilmiş torpaqlarımız məhz onların şücaəti nəticəsində azad olunub. Şəhid valideyinləri şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdən sonra rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə bayram sovqatı verilmişdir.

Keçidlər