Qusar rayonunda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olundu.
2022-ci il mart ayının 28-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə Qusar rayonunda tədbir keçirilmişdir. İlk əvvəl Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Dövlət Təhlükəsizlik Xidməti Qusar rayon şöbəsinin əməkdaşlarının, eləcə də rayonun digər hüquq muhafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəstələri düzüldü. Daha sonra tədbir Qusar rayon İcra Hakimiyyətinin akt zalında davam etdi. Tədbiri giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə bayramı munasibəti ilə təbrik etmişdir. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin uzun, tarixi və şərəfli bir yol keçdiyini qeyd edən Şair Alxasov, Ulu öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqəti sayəsində 1964-ci ildən sonrakı dövrdə təhlükəsizlik orqanlarına milli kadrların cəlb olunmasından, onların bu sahədə rəhbər vəzifələrə irəli çəkilməsinin nəzərə çarpacaq şəkildə geniş vüsət almasından danışdı, bu gün də dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində ölkəmizin hazırda dünyada ən sabit ölkələrdən birinə çevrildiyini bildirdi. Daha sonra Şair Alxasov Dövlət Təhlükəsizlik Xidməti Qusar rayon şöbəsinin əməkdaşlarını fəxri fərmanlarla təltif etmiş, onlara qiymətli hədiyyələr təqdim etmişdir.