Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfirinin Qusar rayonuna səfəri.

30 mart 2022 | 16:00

İndoneziyanın ölkəmizdəki səfiri cənab Hildi Hamid 30 mart 2022-ci ildə Qusar rayonunda səfərdə olmuşdur. Səfər çərçivəsində səfir Qusar Rayon İcra Hakimiyyətində olmuş, RİH başçısının birinci müavini Sahid Fərəməzov və RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər çöbəsinin müdiri Elman Mustafayevlə görüşmüş, rayonun iqtisadiyyatı, turuzm sektoru haqqında fikir mübadiləsi aparılmış, qarşılıqlı mədəni əlaqələrin inkişaf perspektivləri muzakirə edilmişdir. Görüşdən sonra səfirin rayon iqtisadiyyatı, turizm imkanları və mədəni quruculuq işləri ilə tanışlığı məqsədilə ekskursiya təşkil edilmişdir. Gəzinti zamanı səfir ilk öncə rayonun folklor qruplarının nümunəvi çıxışlarına baxmış, şəhərin mərkəzi meydanı, Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, sonra “Metak” Şirkətinə məxsus bağçılıq təsərrüfatına getmiş, burada tara istehsalı və kalibirləşdirmə sexlərinin, soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olmuşdur. Səfər çərçivəsində səfir Şahdağ Turizm Kompleksində də olmuş, orada yaradılan infrastruktur haqqında səfirə məlumat verilmişdir. Səfirin gecələməsi Sahdağ otelində nəzərdə tutulmuşdur.

 

Keçidlər