Qusarda 1918-ci il mart soyqırımı qurbanları hörmətlə yad edilib.
31 mart - Azərbaycanlıların Soyqırımı günündə Qusar şəhərində 1918-ci ildə Qanlı dərədə həlak olan Qusar və Quba qəhrəmanlarının xatirəsinə salınmış abidə ziyarət olunub. Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, ictimaiyyət nümayəndələri bütün soyqırım qurbanlarını yad edərək abidə önünə tər güllər düzüblər. Qeyd edilməlidir ki, 1918-ci ildə erməni daşnakları Quba qəzasına basqın edərkən Qubanın Digah kəndi yaxınlığında Şimi dərəsi adlanan ərazidə azərbaycanlıların və ləzgilərin ciddi müqaviməti ilə rastlaşmış, ciddi itkilər verərək geri çəkilməyə məcbur olmuşlar. İndi Digah kəndinin Şimi dərəsi o qurbanların şərəfinə Qanlı dərə adlanır.
Sonra Qusar şəhərindəki Rəsm qalereyasında soyqırımdan bəhs edən gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.